“Arsenal” hələ də Məsut Özilə yeni müqavilə təklif etməyib.
ESPN-in məlumatında bildirilir ki, London klubunun rəhbərliyi bununla əlaqədar qərar verməyə tələsmir. Xatırladaq ki, Özilin “topçular”la müqavilə müddəti 2021-ci ilin yayında sona çatacaq. Deyilənlərə əsasən , Məsut Özil yaş amilinə görə Mikel Artetanın gələcək planlarına daxil deyil. Hətta bundestimin sabiq üzvünün satışından “Arsenal”ın qazanc əldə etmək istəyi ilə bağlı xəbərlər yayılıb. Bunun üçün isə türkəsilli futbolçu transferə çıxarılmalıdır.
Əlavə edək ki, Özilin koronavirusa görə məvacibinin azaldılmasına qarşı çıxması da “Arsenal” rəhbərliyini narazı salıb.